Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” 19 dekabr 2025-ci il tarixli Qərarın icrası başa çatıb. Amnistiya aktının icrası qeyri-hökumət təşkilatları, media və digər vətəndaş cəmiyyəti nümayəndələri də cəlb edilməklə 4 ay müddətində həyata keçirilib.
Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, dövlətin humanizm siyasətinin növbəti təzahürü olan bu qərar tətbiq olunan şəxslərin sayına görə indiyədək qəbul edilmiş ən geniş amnistiyadır. Belə ki, sayca 13-cü olan bu amnistiya aktı ümumilikdə 22.935 şəxsə şamil edilib.
Amnistiya tətbiq olunan şəxslərin 5.348-i müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasından azad edilib. Bundan əlavə, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 3.555 nəfərin cəzasının çəkilməmiş müddəti 6 ay azaldılıb.
Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş 9.714 şəxsə də amnistiya tətbiq edilib. Belə ki, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 7.970, islah işləri cəzasına məhkum olunmuş 734, ictimai işlər cəzasına məhkum edilmiş 82, cərimə cəzasına məhkum edilmiş 741, hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş 175, intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş 12 şəxs bu cəzalardan azad edilib. Eyni zamanda şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş 1.059 məhkum barəsində də amnistiya tətbiq olunub.
Həmçinin məhkəmələrin icraatında olan işlər üzrə 1.676, ibtidai istintaq və təhqiqat orqanlarının icraatında olan işlər üzrə isə 1.583 olmaqla, ümumilikdə 3.259 şəxs cinayət məsuliyyətindən azad edilib.
Qeyd edək ki, 1996-cı ildən etibarən ümumilikdə qəbul edilmiş 13 amnistiya aktı dövlətin cəza siyasətində humanizmə, insan hüquqlarının daha səmərəli təminatına, sosial ədalətə, eləcə də bərpaedici yanaşmalara üstünlük verdiyini bir daha nümayiş etdirir.


Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
Xüsusi icra məmurları haqqında Azərbaycan Respublikasının Qanunu
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb