lider-media.az

“Sosial saat”ın növbəti buraxılışında sosial tərəfdaşlarla əməkdaşlıqdan bəhs olunacaq

Baxış: 1576 Tarix: 24-04-2026, 12:11

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək və məşğulluq, sosial müdafiə sahələrində, əmək qanunvericiliyinin təkmilləşdirilməsi, bu qanunvericiliyin tətbiqi, əmək bazarına nəzarət proseslərində işəgötürənlər və həmkarlar təşkilatları ilə tərəfdaşlığa xüsusi önəm verilir.

Xüsusilə aktiv məşğulluq proqramlarının icrasında, habelə işğaldan azad olunan ərazilərimizə köçürülən sakinlərin məşğulluğunun təminatında işəgötürənlərlə fəal əməkdaşlıq həyata keçirilir.

“Sosial saat”ın budəfəki buraxılışında da sosial tərəfdaşlarla əməkdaşlıqdan bəhs olunacaq.

 27 aprel saat 11:30-da DOST TV-də canlı yayımlanacaq verilişdə Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Sosial tərəfdaşlarla iş departamentinin müdiri Saleh Həsənovla bu mövzu ətrafında danışılacaq, həmçinin izləyiciləri maraqlandıran suallar cavablandırılacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi