lider-media.az

İlk rübdə DSMF 965 min şəxsə 561 milyon manat müavinət və təqaüd ödəyib

Baxış: 1415 Tarix: 24-04-2026, 11:18

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-mart aylarında dövlət büdcəsi hesabına 965 min şəxsə 561 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib.

Onlardan

  • 495 min nəfərə müavinət olaraq 318 milyon manat,
  • 408 min nəfərə Prezident təqaüdü olaraq 204 milyon manat,
  • 62 min nəfərə sosial sığorta hesabına müavinət olaraq 39 milyon manat

ödəniş həyata keçirilib.

Ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən müavinətlər üzrə 16 faiz, təqaüdlər üzrə 17 faiz, sosial sığorta hesabına müavinətlər üzrə 2 faiz çox olub.

Yanvar-mart aylarında daha 38 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən isə 917 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi