lider-media.az

FHN Şuşa Otel-Konqres Mərkəzi Kompleksində təlim keçirib (video, foto)

Baxış: 1206 Tarix: 24-04-2026, 10:35

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı ilə Şuşa şəhərində yerləşən Şuşa Otel-Konqres Mərkəzi Kompleksində təlim keçirilib.

“Mehmanxanaların yanğın təhlükəsizliyi” mövzusunda keçirilən və FHN-in Dövlət Yanğın Nəzarəti, Dövlət Yanğından Mühafizə xidmətlərinin və Qarabağ Regional Mərkəzinin müvafiq canlı qüvvə və texnikalarının cəlb edildiyi təlimin keçirilməsində məqsəd kompleksin işçi heyətinə fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı davranış qaydalarının aşılanması olub.

İki hissədən ibarət təlimin nəzəri hissəsi çərçivəsində FHN-in əməkdaşları tərəfindən mərkəzin kollektivinə yanğın təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər, otellərdə baş verə bilən yanğınlar zamanı davranış qaydaları və təxliyə barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş etdirilib.

Sonra təlimin praktiki hissəsinə start verilib.

Belə ki, şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra FHN-in yanğın-xilasetmə qüvvələri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Həmçinin, şərti yanğın baş vermiş mehmanxanada təxliyə planına uyğun olaraq, “zərərçəkmişlərin” təhlükəsiz yerə təxliyəsi həyata keçirilib və “yanğın” qısa müddətdə söndürülüb.

Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi