lider-media.az

Prezident İlham Əliyev Fərman imzaladı

Baxış: 1 072 Tarix: 25-05-2024, 22:39

“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) bağlı beynəlxalq qurum olan İslam Əməkdaşlıq Gənclər Forumu (İƏGF) arasında “Şuşa – İƏT-in Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramının həyata keçirilməsi haqqında Öhdəlik Protokolu”nun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il martın 28-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) bağlı beynəlxalq qurum olan İslam Əməkdaşlıq Gənclər Forumu (İƏGF) arasında “Şuşa – İƏT-in Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramının həyata keçirilməsi haqqında Öhdəlik Protokolu” təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Öhdəlik Protokolu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Öhdəlik Protokolunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İslam Əməkdaşlıq Gənclər Forumuna bildiriş göndərsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 may 2024-cü il


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi