lider-media.az

Cəbrayılda keçirilən əmək yarmarkasında 100-ə yaxın vakansiya təqdim edilib

Baxış: 1570 Tarix: 22-04-2026, 16:31

Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Cəbrayıl rayonunda növbəti əmək yarmarkası keçirilib.

Aktiv məşğulluq tədbirində işsiz və işaxtaran şəxslərə 20 müəssisə tərəfindən növbətçi mühəndis, aqronom, nəqliyyat üzrə mütəxəssis, mexanik, elektrik montyoru, mühəndis, operator, qaynaqçı, avtokar sürücüsü, fəhlə, usta və s. peşə istiqamətləri üzrə 100-ə yaxın vakansiya təqdim edilib.

Vakansiyalara müraciət edən şəxslərə iş yerləri üzrə tələblər barədə məlumat verilib, uyğun şəxslərin qeydiyyatı aparılıb.

Tədbirdə Agentliyin Qarabağ Peşə Hazırlığı Mərkəzi də öz stendi ilə iştirak edib.  İşsiz və işaxtaran şəxslərə Mərkəzdə təşkil edilən peşə kursları, bu kurslara cəlb edilmək üçün müraciət qaydaları barədə məlumat verilib. 

Qeyd edək ki, ötən dövrdə Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərdə 36 əmək yarmarkası, 1 peşə yarmarkası keçirib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi