Son illər Azərbaycan Respublikasında istehlakçılar tərəfindən energetik içkilərin daha çox istifadə olunması müşahidə olunmaqdadır. Bu halın xüsusilə uşaqlar arasında geniş yayılması onların sağlamlıq hüququnun təmini baxımından ciddi narahatlıq yaradır.
Lider-media.az xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.
"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) müstəqil monitorinq mexanizmi fəaliyyəti çərçivəsində ictimai yerlərdə, eləcə də təhsil müəssisələrinin ətrafında aparılmış monitorinqlər nəticəsində energetik içkilərdən yetkinlik yaşına çatmayan şəxslərin istifadəsinin sistemli xarakter aldığı, bu içkilərin satışı prosesində yaş məhdudiyyətinə nəzarətin kifayət qədər olmadığı, xüsusilə vendinq aparatları, avtomatlaşdırılmış satış terminalları və pərakəndə satış obyektlərində yaşa nəzarət mexanizmlərinin faktiki olaraq tətbiq olunmadığı müşahidə olunub.
Bu məhsulların satılmasında qanunvericiliklə müəyyən edilmiş yaş məhdudiyyətlərinə baxmayaraq,uşaqlar tərəfindən faktiki olaraq asanlıqla əldə edilməsi, ictimai yerlərdə və təhsil müəssisələrinin ətrafında açıq şəkildə istifadə olunması uşaqların sağlamlığının qorunması hüququna öz mənfi təsirini göstərməkdədir.
Bu kimi halların davam etməsi uşaqların konstitusion hüquqlarının, xüsusilə sağlamlıq hüququnun təmin olunmasında, onların sağlam inkişafında maneələr yaratmaqdadır.
Aparılan monitorinqlər nəticəsində müəyyən olunmuş mövcud vəziyyət və beynəlxalq təcrübənin təhlili onu deməyə əsas verir ki, Azərbaycan Respublikasında energetik içkilərin uşaqlar tərəfindən istifadəsinin qarşısının alınması üçün qüvvədə olan qanunvericiliyin və bununla bağlı mövcud nəzarət mexanizmlərin təkmilləşdirilməsinə ehtiyac vardır.
Qeyd edilənləri nəzərə alaraq, energetik içkilərin yetkinlik yaşına çatmayan şəxslərə satılmasına görə nəzərdə tutulmuş inzibati cərimələrin məbləğinin artırılması, vendinq aparatlarında energetik içkilərinin satışına yaş identifikasiyası mexanizmlərinin tətbiqi və ya bu məhsulların həmin aparatlarda satışının məhdudlaşdırılması, həmin içkilərin reklamına dair məhdudiyyətlərin gücləndirilməsi və sağlamlıq risklərinə dair xəbərdarlıqların məcburi norma kimi təsbit edilməsi, bu sahədə məlumatlılığın artırılması və digər zəruri tədbirlərin görülməsi təklif edilir". - məlumatda qeyd edilib.


“Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb