Anar Əhmədov: Türk oğlu Yerbol


Qazaxıstan Respublikasından gəlib Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Birinci Qarabağ müharibəsində iştirak edərək şəhidlik zirvəsinə yüksələn Yerbol Turexan oğlu Barımbetovun əziz xatirəsinə həsr edilir.
TÜRK OĞLU YERBOL...
Şəhidlik zirvəsi - şöhrətin, şanın,
Qürurla anılır hər yerdə adın.
Qəhrəman oğlusan Azərbaycanın,
Qazaxlı döyüşçü, türk oğlu Yerbol.
Cambulda göz açdın sən bu cahana,
Ruhunla bağlısan bütün Turana,
“Canım fəda” dedin Azərbaycana,
Qazaxlı döyüşçü, türk oğlu Yerbol.
Döyüşlər baş verən ən çətin anda,
Könüllü yollandın sən Qarabağa.
Getdin kəşfiyyata, saldın pusquya,
Düşməni məhv etdin türk oğlu Yerbol.
Azərbaycan ilə Qazaxıstanın,
Doğma övladısan hər iki xalqın.
Tarixə həkk olub əbədi adın,
Qazaxlı döyüşçü, türk oğlu Yerbol.

Anar Əhmədov
Bakı şəhəri, 20 aprel 2026-cı il.