lider-media.az

Startaplar üçün İnnovasiya və Startap Müsabiqəsi elan olunur!

Baxış: 147 Tarix: Сегодня, 09:39

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İslam İnkişaf Bankı Qrupu birgə startaplar üçün İnnovasiya və Startap Müsabiqəsi elan edir.

Müsabiqə İslam İnkişaf Bankı Qrupuna üzv ölkələrdən yüksək potensiallı startapların innovativ ideyalarını nümayiş etdirməsinə dəstək olmaq, qlobal investorlarla əlaqə qurmaq və beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirmək məqsədi daşıyır.

Müsabiqəyə qoşulmaq üçün son tarix 30 aprel 2026-cı il, saat 15:00-dır. 

Müsabiqənin mərhələləri:

- Qlobal açıq çağırış. Startaplar (innovasiya, biznes modeli, komanda, təsir) rəsmi platforma vasitəsilə aprelin 30-dək müraciət edirlər.
- Seçim və qiymətləndirmə. Vençur kapitallı firmaların, maliyyə inkişafı institutlarının və korporasiyaların mütəxəssisləri müraciətləri 15 may tarixinədək qiymətləndirir.

- Mentorluq və intensiv təlim proqramı (“Bootcamp”). Seçilmiş startaplar 13–15 iyun tarixlərində fandreyzinq, maliyyə modelləşdirməsi və təqdimatlar üzrə təlimlərə qatılır.
- İnvestorlara təqdimat və yarımfinallar. Startaplar 16–17 iyun tarixlərində beynəlxalq münsiflər heyətinə təqdimat edir və investorlarla əlaqə qururlar.

Müsabiqə üzrə mükafatlar və imkanlar:

- Pul mükafatı
- Sertifikatlar və tanınma lövhələri
- İslam İnkişaf Bankı Qrupunun Özəl Sektor Forumunun (PSF) sərgi paketi
- Beynəlxalq sərgilərdə iştirak imkanı
 

Layihələrinin qlobal bazarlara çıxacağına inanan və qlobal səviyyədə rəqabət aparmağa hazır olan startaplar aşağıdakı linkdən istifadə edərək qeydiyyatdan keçə bilərlər: https://isdb.untap.us/programs/2026#block-about


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi