lider-media.az

İlham Səfərov: "Şirvan bələdiyyəsinin fəaliyyətində şəffaflıq təmin olunur"

Baxış: 790 Tarix: Сегодня, 21:57


Şirvan bələdiyyəsi tərəfindən ötən il olduğu kimi 2026-cı ilin yanvar–mart  ayları ərzində də  aparılan sistemli işlər nəticəsində yerli vergi və ödənişlərin yığımında müsbət dinamika müşahidə olunub. Vergi intizamının gücləndirilməsi və vətəndaşlarla qarşılıqlı etimad əsasında qurulan münasibətlər qısa müddətdə real nəticələr verməkdədir.

Bu fikirləri Şirvan Bələdiyyəsinin sədri İlham Səfərov Lider-media.az- açıqlamasında söyləyib. 

Bələdiyyə sədri bildirib ki, Azərbaycan Respublikasının “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanununa uyğun olaraq 2026-cı ilin ilk  3 ayında yerli büdcəyə daxil olan vəsaitlər təyinatı üzrə yönəldilmiş, sosialyönümlü tədbirlərin maliyyələşdirilməsi prioritet təşkil edib.

Toplanan vergi və ödənişlər hesabına:
-Şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən maddi və mənəvi dəstək davam etdirilmiş, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində konkret addımlar atılmışdır;
-Aztəminatlı ailələrə ünvanlı sosial yardımlar edilmiş, sosial müdafiəyə xüsusi ehtiyacı olan ailələr diqqətdə saxlanılmışdır;
-Sosial ədalət prinsipinə əsaslanan yerli təşəbbüslər və ictimai faydalı layihələr dəstəklənib.

Qeyd olunan fəaliyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş sosial dövlət prinsiplərinə, habelə yerli özünüidarəetmə orqanlarının vətəndaşlara xidmət missiyasına tam uyğundur.

Şirvan bələdiyyəsi 2026-cı ilin növbəti aylarında da vergi yığımında şəffaflıq və səmərəliliyi qorumaqla, əldə olunan hər vəsaiti vətəndaş rifahına yönəlməsini təmin etməyi əsas məqsəd kimi qarşıya qoyur.
Şirvan şəhərində 2026-cı ilin ötən  ayları göstərdi: vergi – etimadın, etimad isə sosial inkişafın əsasını təşkil edir.

 Məqsədimiz  şəffaflıq, hesabatlılıq və vətəndaş məmnunluğuna əsaslanaraq fəaliyyətimizi davam etdirməkdir
 2025-ci il ərzində Şirvan bələdiyyəsi mövcud qanunvericiliyinə, bələdiyyələrin fəaliyyət prinsiplərinə və yerli əhalinin sosial ehtiyaclarına uyğun olaraq şəhər ərazisində bir sıra sosial, kommunal və ictimai əhəmiyyətli tədbirlərin icrasını təmin edib.

Bələdiyyənin fəaliyyətində əsas prioritetlər əhalinin sosial müdafiəsinin gücləndirilməsi, şəhid ailələri, müharibə iştirakçıları və həssas təbəqədən olan vətəndaşlara dəstəyin artırılması, şəhər infrastrukturunun qorunması və ictimai-mədəni həyatın inkişaf etdirilməsi olmuşdur.
 2025-ci il ərzində bələdiyyə tərəfindən şəhid ailələrinə, müharibə iştirakçılarına və aztəminatlı ailələrə, sağlamlıq problemləri ilə üzləşən vətəndaşlara və xüsusi qayğıya ehtiyacı olan şəxslərə maddi yardımlar göstərilib.

 Bu istiqamətdə:
Şəhid ailələrinə sosial dəstək məqsədilə - 21 380 manat, Vətən müharibəsi iştirakçılarına sosial dəstək məqsədilə - 2 500 manat, ümumi səbəblərlə bağlı dəfn və mərasim xərclərinin qarşılanması üçün - 9 934 manat, həssas kateqoriyadan olan ailələrə maddi yardım kimi - 4 845 manat.

Bu tədbirlər sosial ədalətin təmin olunmasına, əhalinin rifah səviyyəsinin yüksəldilməsinə və dövlətin sosial siyasətinə yerli səviyyədə töhfə verilməsinə xidmət edib.
2025-ci il ərzində şəhər ərazisində yaşayış mühitinin yaxşılaşdırılması, şəhərdə ümumi görünüşün abadlaşdırılması məqsədilə bir sıra abadlıq və yol infrastrukturu sahəsində tədbirləri həyata keçirilib.

Bu sahədə abadlıq işlərinə - 24.064 manat,
Şəhər ərazisində yolların cari təmiri və saxlanılması işlərinə - 9 800 manat vəsait sərf olunub. 

Milli-mənəvi dəyərlərin qorunması, ictimai həmrəyliyin möhkəmləndirilməsi və şəhər sakinlərinin mədəni həyatında fəallığın artırılması məqsədilə milli və kütləvi bayram tədbirlərinin təşkili həyata keçirilib. Bu istiqamətdə - 30 880 manat vəsait istifadə olunub. 
Şirvan bələdiyyəsi tərəfindən 2025-ci il ərzində həyata keçirilmiş tədbirlər yerli özünüidarəetmənin səmərəliliyinin artırılmasına, vətəndaş məmnunluğunun yüksəldilməsinə və şəhərin sosial-iqtisadi həyatının canlandırılmasına yönəlmişdir.
Bələdiyyə qarşıdakı dövrdə də şəffaflıq, hesabatlılıq və vətəndaş yönümlü idarəetmə prinsiplərinə əsaslanaraq fəaliyyətini davam etdirməyi qarşıya məqsəd qoyur."Şirvan bələdiyyəsinin “Şəhərsalma və Memarlıq İli”çərçivəsində də fəaliyyətini uğurla davam etdirməyə çalışır

 Prezident cənab İlham Əliyevin 30 yanvar 2026-cı il tarixli, 912 nömrəli Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi, ölkəmizdə şəhər mühitinin daha sağlam, dayanıqlı və müasir prinsiplər əsasında formalaşdırılmasına geniş imkanlar yaradır. Bu Sərəncamdan irəli gələrək təsdiq olunmuş Tədbirlər Planı, Bakıda və respublikanın digər şəhərlərində ətraf mühitin qorunması,  memarlıq irsinin saxlanılması və yaşayış mühitinin keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır.

Şirvan Bələdiyyəsi olaraq qeyd etmək istərdik ki, 2026-cı il ərzində şəhər ərazisində:

-mövcud parkların, istirahət zonalarının və yaşıllıq sahələrinin qorunması və abadlaşdırılması, tarixi və mədəniyyət abidələrinin yerləşdiyi ərazilərdə ətraf mühitin yaxşılaşdırılması, yaxın ərazilərdə küçə və ictimai məkanların yenidən qurulması, yeni yaşıllıq zolaqlarının salınması, o cümlədən yolkənarı ərazilərdə yaşıllaşdırma işlərinin aparılması, şəhər memarlıq simasının qorunması ilə yanaşı, müasir şəhərsalma tələblərinin tətbiqi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Bu tədbirlərin əsas məqsədi Şirvan şəhərində daha rahat, təhlükəsiz, ekoloji cəhətdən dayanıqlı və estetik yaşayış mühitinin formalaşdırılmasıdı.
Şirvan Bələdiyyəsi olaraq “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən bütün layihələr barədə şəhər ictimaiyyəti mütəmadi olaraq məlumatlandırılacaq.

Şəhərdə abadlıq və yenidənqurma işləri də uğurla davam etdirlir

 Bələdiyyəyə daxil olan müraciətlər və eyni zamanda əvvəlcədən tərtib edilmiş plan əsasında yaşayış massivlərində, məhəllələrarası ərazilərdə yol infrastrukturunu mütəmadi olaraq yenilənir.  
 Belə ki, şəhərin Bülbül, M.Müşfiq,1 May, Ç.Mustafaev, Qədirov, Hacıqəhrəmanlı qəsəbəsində N.Nərimanov ( red:.qazilərimizin müraciəti əsasında) və bir sıra digər küçələrdə yararsız yollarda bərpa və yenidənqurma işləri həyata keçirilib, gediş - gəliş üçün normal şərait yaradılıb.
 Bələdiyyə tərəfindən cari ildə də belə tədbirlərin mütəmadi davam etdirilməsi nəzərdə tutulub. 
       
        Rasim Nəhmədov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi