lider-media.az

Azərbaycan Dillər Universitetində iqlim dəyişmələrinə adaptasiya və karbon izinin hesablanması mövzusunda maarifləndirici tədbir keçirilib

Baxış: 1322 Tarix: 17-04-2026, 09:13

Azərbaycan Dillər Universitetində Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində gənclərin ekoloji maarifləndirilməsi və iqlim savadlılığının artırılması məqsədilə “İqlim dəyişmələrinə qarşı adaptasiya və karbon izinin hesablanması” mövzusunda dəyirmi masa təşkil olunub.
Tədbirdə Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları tərəfindən iqlim dəyişmələrinin qlobal və regional təsirləri, bu dəyişikliklərə uyğunlaşma (adaptasiya) mexanizmlərinin elmi-praktiki əsasları, eləcə də karbon izinin azaldılmasının əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Müzakirələr zamanı ölkəmizdə elan olunmuş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyəti xüsusi vurğulanıb. Eyni zamanda qeyd olunub ki, Azərbaycanın ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında şəhərsalma sahəsində dayanıqlılıq məsələləri əsas müzakirə mövzularından biri olacaq.
İnteraktiv formatda keçirilən tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb, dayanıqlı və iqlimə davamlı gələcəyin qurulmasında gənclərin fəal iştirakının vacibliyi vurğulanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi