lider-media.az

Antalya Diplomatiya Forumunda 5 min qonağın iştirakı nəzərdə tutulur

Baxış: 683 Tarix: 16-04-2026, 16:48


 Türkiyədə Antalya Diplomatiya Forumu (ADF-2026) keçiriləcək. Tədbir aprelin 17-dən 19-dək davam edəcək. 
Lider-media.az xəbər verir ki, Forumda dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət başçıları, nazirlər, elm adamları, digər nümayəndələr dədaxil olmaqla 5 min qonağın iştirakı nəzərdə tutulur. 
“Gələcəyi planlaşdırarkən problemlərin öhdəsindən gəlmək” mövzusunda keçiriləcək tədbirdə dövlət başçılarının təxminən yarısının Afrika və Avropadan, xarici işlər nazirlərinin isə Afrika, Avropa və Asiyadan olacağı gözlənilir.

“ADF-2026” çərçivəsində panellər də daxil olmaqla 40-dan çox tədbir və sessiyanın keçirilməsi planlaşdırılır. Bildirilib ki, sessiyalarda qlobal sistemdə dərinləşən qeyri-müəyyənliklər və transformasiya prosesləri, eləcə də regional inkişaflar da daxil olmaqla geniş məsələlər müzakirə olunacaq, siyasi, iqtisadi, ekoloji və texnoloji oxlarla formalaşan əsas gündəm maddələri müzakirələrin mərkəzində olacaq.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi altında təşkil olunan tədbir ilk dəfə 2021-ci ildə keçirilib. 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi