lider-media.az

Əsas kapitala yönəldilmiş investisiyalar

Baxış: 1204 Tarix: 14-04-2026, 17:19

2026-cı ilin yanvar-mart aylarında əsas kapitala 4049,8 milyon manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 14,9 faiz çox investisiya yönəldilmişdir. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi real ifadədə 44,6 faiz artaraq 1525,9 milyon manat, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə real ifadədə 2,2 faiz artaraq 2523,9 milyon manat olmuşdur.

Əsas kapitala yönəldilmiş investisiyaların həcmi məhsul istehsalı sahələri üzrə real ifadədə 23,9 faiz artaraq 2286,6 milyon manat, xidmət sahələri üzrə real ifadədə 27,3 faiz artaraq 1252,8 milyon manat, yaşayış evlərinin tikintisinə yönəldilmiş investisiyaların həcmi isə real ifadədə 26,6 faiz azalaraq 510,4 milyon manat olmuşdur.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi