lider-media.az

Nazirlikdə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti ilə görüş olub

Baxış: 1262 Tarix: 13-04-2026, 18:41

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində  BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli ilə görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev ötən dövrdə Nazirliklə BP arasında uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığını, müxtəlif istiqamətlər üzrə birgə layihələrin icra edildiyini bildirib.

Belə layihələrdən biri kimi “Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətinin artırılması” layihəsinin önəmi qeyd edilib. Bu kateqoriyaya aid şəxslərin əmək bazarına inteqrasiyasına, inklüziv məşğulluğun təşviqinə mühüm dəstək olan bu layihənin icrası çərçivəsində görülmüş işlər diqqətə çatdırılıb.

Ölkədə əhali sakinliyinin inkişafı və demoqrafiya sahəsində tədqiqatların aparılması, bu sahədə Nazirliyin kadr potensialının gücləndirilməsi istiqamətində də BP ilə Nazirliyin əməkdaşlığından bəhs olunub.

Cio Kristofoli BP şirkətinin fəaliyyətində sosial cəhətdən həssas qruplarla, o cümlədən əlilliyi olan şəxslərlə bağlı dəstək istiqamətinin də mühüm yer tutduğunu, tərəfdaşlarla birgə icra etdiyi sosial layihələrini qeyd edib.

Görüşdə əldə olunmuş müsbət əməkdaşlıq təcrübəsinin davam etdirilməsinin, yeni birgə layihələrin həyata keçirilməsinin məqsədəuyğun olduğu vurğulanıb, bu mövzuda fikir mübadiləsi aparılıb.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi