lider-media.az

Türkiyə DMM-dən açıqlama: Sosial mediada Ərdoğanın adından yayılan ifadələr yalandır

Baxış: 436 Tarix: 13-04-2026, 14:39



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından sosial mediada İran və Livana hücumla bağlı yayılan ifadələr yalandır.

Bu barədə Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.

"Bəzi sosial media platformalarında paylaşılan və Prezident Rəcəb Tayyib Ərdoğana aid edilən ‘‘İrana və ya Livana bir hücum olarsa, bunu Türkiyəyə hücum hesab edərik" "ifadələri tamamilə əsassızdır", - deyə məlumatda bildirilib.
 Qeyd edilib ki, Türkiyə bölgədə yaşanan son gərginlik və qarşıdurmalarda sülhü, rifahı və təhlükəsizliyi müdafiə edən konstruktiv mövqe nümayiş etdirib. Sözügedən əsassız iddiaların məqsədi Türkiyənin regional sülhün qurulmasındakı qabaqcıl roluna kölgə salmaq, ölkəmizi qarşıdurma və böhran mühitlərinə cəlb etmək, beynəlxalq ictimaiyyətdə yanlış bir qavrayış yaradaraq dezinformasiya üzərindən siyasi manipulyasiya etməkdir.

"Qəsdən və mütəşəkkil şəkildə müəyyən bir mənbədən yayılan bu cür manipulyativ paylaşımlara, qara təbliğat fəaliyyətlərinə və psixoloji müharibə taktikalarına etibar edilməməsi, yalnız rəsmi kanallardan verilən açıqlamaların nəzərə alınması məqsədəuyğundur. 

Həqiqətə uyğun olmayan iddialara qarşı mübarizəmiz qətiyyətlə davam edəcək", - deyə məlumatda vurğulanıb. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi