lider-media.az

Pərakəndə ticarət dövriyyəsi haqqında

Baxış: 1213 Tarix: 13-04-2026, 14:41

2026-cı ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 15927,3 milyon manatlıq, o cümlədən 8774,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7152,4 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır. 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaq malları üzrə 6,6 faiz artmışdır.

2026-cı ilin yanvar-mart aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara  xərclədiyi  vəsaitin  50,4  faizi  ərzaq  məhsullarının,  4,7  faizi  içkilər  və  tütün məmulatlarının, 14,6 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi avtomobil benzini və dizel yanacağının, 4,5 faizi elektrik malları və mebellərin, 2,7 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,6 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,5 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 517,2 manatlıq, o cümlədən 284,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları,

232,3 manatlıq qeyri-ərzaq malları almışdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi