lider-media.az

Qobustanda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

Baxış: 1449 Tarix: 11-04-2026, 15:27

Ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində Qobustan rayonunda 555 şəxs üçün kiçik təsərrüfatlar qurulub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov özünüməşğulluq proqramı çərçivəsində rayon sakinləri Cəfərov Balazər Fazil oğlu və Ağayev Vüsal Ramiz oğlu üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.

Özünüməşğulluq proqramının dəstəyi ilə aktivlər verilməklə B.Cəfərov üçün telefon təmiri, V.Ağayev üçün isə avtomobil şinlərinin bərpası və təmiri xidmətləri üzrə kiçik təsərrüfatlar qurulub. Onlar işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan yaradılması, öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində Qobustan rayonunda 555 şəxs üçün kiçik təsərrüfatlar qurulub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi