lider-media.az

Gözün aydın, ay Laçın…

Baxış: 1576 Tarix: 10-04-2026, 10:33

Burda təbiət öz gözəlliyi ilə göz oxşayır. Laçın şəhərinin başından bəyaz buludlar, ayağından Həkəri keçir. Bəzən öz məcrasında sakit axan, bəzən coşub çağlayan Həkəri çayı… Bu gün onun sahilləri uşaqlı-böyüklü laçınlıların ən sevimli istirahət məkanıdır. Bu növrağı görüncə yadımıza bir dua qədər hikmətli misra düşür: “Gözün aydın, ay Laçın, gözün aydın, Həkəri!” Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə hazırlanmış videoçarx Laçının yeni növrağını əks etdirir. Layihə Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə ərsəyə gəlib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi