lider-media.az

ADSEA sədri kollektorun tikinti-bərpa işlərinin gedişatı ilə tanış oldu - Video

Baxış: 1206 Tarix: 8-04-2026, 17:00

adsea-sedri-kollektorun-tikinti-berpa-islerinin-gedisati-ile-tanis-oldu

Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin balansındakı diamertri 1200 mm-lik tullantı su kollektorunun çökməsinə səbəb olan evlərdən biri komissiyanın qərarı əsasında sökülüb. 

 Xətai rayonu, Rəşid Bağırov küçəsindən keçən kollektorda izafi yüklənmə nəticəsində baş verən qəza hadisəsi suyun ətraf ərazilərə yığılmasına səbəb olmuşdur. Hazırda həmin ərazilərdə suyun kənarlaşdırılması istiqamətində intensiv işlər aparılır. Bu məqsədlə müvəqqəti qərargah yaradılıb. Qərargaha ADSEA sədri Zaur Mikayılov rəhbərlik edir. Agentlik sədri bu gün də ərazidə olub, işin sürətləndirilməsi istiqamətində tapşırıqlarını verib. 

ADSEA-nın İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşları yüklənmə nəticəsində çökən tullantı su kollektorunun 9 metr dərinlikdə olan qəzalı hissəsinin üzərindən torpaq qatı götürülüb, təmir-bərpa işləri həyata keçirilir. 

Qeyd edək ki, həmin ünvanda evlərin altında qalan 500 millimetrlik çuğun xəttin 100 metr hissəsi polietilen boru ilə əvəzlənərək yeri dəyişdirilib. Qəzalı vəziyyətdə olan evin altında qalan 100 və 150 millimetrlik köhnə polad borular da ləğv edilərək diametri 110 və 160 millimetrlik yeni polietilen borularla əvəz olunub. 

Qəza ehtimalının artması ilə bağlı indiki hadisədən öncə sakinlərə xəbərdarlıq edilib, kollektorun üzərində təmir-tikinti, bərpa işlərinin təhlükəsiz icrası üçün ərazini boşaltmaları tapşırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi