lider-media.az

XİN-dən Ağdaban qətliamı ilə bağlı paylaşım

Baxış: 1316 Tarix: 8-04-2026, 10:26

XİN Ağdaban qətliamı ilə bağlı paylaşım etdi
Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş çoxsaylı ağır və amansız müharibə cinayətlərindən biri olan Ağdaban qətliamından 34 il ötür.
Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında paylaşdığı məlumatda qeyd olunub.
Bildirilib ki, 1992-ci ildə 130 evdən ibarət Kəlbəcərin Ağdaban kəndi erməni silahlı birləşmələri tərəfindən tamamilə dağıdılıb, yaşayış məntəqəsi yerlə-yeksan edilib.
779 nəfər dinc sakin ağır işgəncələrə məruz qalıb, 67 nəfər isə xüsusi qəddarlıqla qətlə yetirilib: "Bu faciə Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayətlərin acı nümunələrindən biri kimi tarixdə qalır.
Ağdaban qurbanlarının xatirəsini dərin hüzn və ehtiramla yad edirik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!"


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi