lider-media.az

Yanvar-mart ayları ərzində gecikdirilmiş 200,7 min manat vəsaitin işçilərə ödənilməsi təmin olunub

Baxış: 1269 Tarix: 7-04-2026, 18:21

İşdən qanunsuz çıxarılmış 44 nəfər isə əvvəlki işlərinə bərpa etdirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-mart ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 200 742 manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Bu vəsaitlərin 87 faizi əməkhaqqı, qalan hissəsi zərərə görə ödənc, müavinət və kompensasiyalardan ibarət olub.

Müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti 44 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib.

Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi