lider-media.az

İşğaldan azad edilmiş ərazilərə mövsümi köç edəcək fermerlərə yeni formatda təlimlər keçiriləcək

Baxış: 1198 Tarix: 7-04-2026, 09:48

İşğaldan azad edilmiş ərazilərə heyvandarlıq təsərrüfatlarının və arı ailələrinin mövsümi köçü artıq 6-cı ildir uğurla həyata keçirilir. Bu müddət ərzində fermerlərin təhlükəsiz fəaliyyətinin təmin edilməsi əsas prioritet istiqamətlərdən biri olub.

Əvvəlki 5 mövsüm ərzində köç prosesində iştirak edən fermerlər üçün köçdən öncə təhlükəsizlik qaydalarına dair genişmiqyaslı təlimlər təşkil edilib. Təlimlər Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) iştirakı ilə Sumqayıt və Gəncə şəhərlərində, eləcə də Füzuli, Bərdə, Göygöl və Yevlax rayonlarında növbəli şəkildə keçirilib.

Cari ildə isə təlimlərin təşkili mexanizmində yeni yanaşma tətbiq olunub. Belə ki, ANAMA tərəfindən Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) əməkdaşları üçün xüsusi hazırlıq təlimləri keçirilib, onlar təlimçi statusu əldə ediblər.

Yeni modelə əsasən, fermerlər artıq digər rayonlara getmədən, öz rayonlarında fəaliyyət göstərən DAİM-lərdə bu təlimlərdə iştirak edə biləcəklər.

Tətbiq edilən bu yanaşma təlimlərin əlçatanlığını artırmaqla yanaşı, fermerlərin vaxt və resurslarına qənaət etməyə, həmçinin təhlükəsizlik biliklərinin daha geniş şəkildə yayılmasına şərait yaradır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi