lider-media.az

“Rehabus” layihəsi üzrə əlilliyi olan 3 minədək uşağa xidmət göstərilib

Baxış: 1536 Tarix: 6-04-2026, 17:18

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “RehaBus” (Reabilitasiya avtobusu) layihəsi çərçivəsində ötən dövrdə əlilliyi olan 3 minədək uşağa xidmət göstərilib.

2022-ci ildən Bakı şəhərində icrasına başlanılan layihə ötən aydan Gəncə şəhərində də reallaşdırılır. Layihə ambulator reabilitasiya xidmətlərinə cəlb edilən əlilliyi olan uşaqların reabilitasiya müəssisələrinə asan, rahat şəkildə çatmasına xidmət edir.

Reabilitasiya avtobusları Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda yaşayan əlilliyi olan uşaqları paytaxtdakı 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə, Gəncədə yaşayan əlilliyi olan uşaqları isə Şəmkirdəki Uşaq Reabilitasiya Mərkəzinə çatdırır.

Uşaqları müşayiət edən yaxınları da onlarla birgə bu xidmətlə əhatə olunurlar. Reabilitasiya proseduru bitdikdən sonra isə uşaqlar yenidən geri qaytarılırlar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi