lider-media.az

BDYPİ yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edib

Baxış: 1 179 Tarix: 5-04-2026, 21:50

Hazırda Bakıda və Abşeron yarımadasında, eləcə də respublikanın bir çox bölgələrində yağıntılı hava şəraiti müşahidə olunur.

Belə hava şəraiti yol örtüyünün sürüşkən olmasına, əyləc məsafəsinin artmasına və sürücülərin nəqliyyat vasitəsinə nəzarət imkanlarının zəifləməsinə səbəb olur ki, bu da yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır.

Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarının diqqətinə çatdırır ki, bu cür hava şəraitində həm sürücülər, həm də piyadalar tərəfindən daha diqqətli və məsuliyyətli davranılması xüsusi əhəmiyyət kəsb edir.

Sürücülərə tövsiyə olunur:
    •    Sürəti yol və hava şəraitinə uyğun seçsinlər, qəfil manevr və kəskin əyləcləmələrdən çəkinsinlər;
    •    Nəqliyyat vasitələri arasında ara məsafəni artıraraq təhlükəsiz hərəkəti təmin etsinlər;
    •    İşıqlandırma sistemlərinin sazlığını yoxlasınlar;
    •    Yağış zamanı yaranan su yığıntıları və sürüşkən sahələrdə ehtiyatlı hərəkət etsinlər;
    •    Piyada keçidlərinə yaxınlaşarkən sürəti əvvəlcədən azaltsınlar və piyadalara üstünlük versinlər.

Piyadalara da xatırladılır ki:
    •    Yolu yalnız müəyyən edilmiş yerlərdən keçsinlər;
    •    Yolun hərəkət hissəsinə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin yaxınlaşıb-yaxınlaşmadığına əmin olsunlar;
    •    Yağıntılı hava şəraitində sürücülərin onları vaxtında görməsinin çətinləşdiyini nəzərə alsınlar;
    •    Tələsik və qəfil hərəkətlərdən çəkinərək öz təhlükəsizliklərinə xüsusi diqqət yetirsinlər.

BDYPİ bir daha diqqətə çatdırır ki, əlverişsiz hava şəraitində yol hərəkəti qaydalarına əməl olunmaması ağır nəticələrə səbəb ola bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi