lider-media.az

Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib

Baxış: 1610 Tarix: 3-04-2026, 12:56

Rusiya Federasiyasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 2-də Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib. 
Əvvəlcə MDB-yə üzv ölkələrin müdafiə nazirləri fəxri qarovulun və hərbi orkestrin müşayiəti ilə Moskva şəhərindəki Qələbə abidəsinin önünə əklil və gül dəstələri qoyublar. Nümayəndə heyəti rəhbərlərinin xatirə fotosu çəkdirilib.
Keçirilən məhdud tərkibli iclasda ölkələrimiz arasındakı regional təhlükəsizlik və hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektləri, həmçinin digər məsələlər müzakirə olunub.
Səfər çərçivəsində general-polkovnik Zakir Həsənovun rusiyalı həmkarı, cənab Andrey Belousov ilə ikitərəfli görüşü də olub.
Görüşdə Azərbaycan ilə Rusiya  arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın hazırkı vəziyyəti və inkişafı perspektivləri müzakirə edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi