lider-media.az

Atmosfer havasına atılan zərərli maddələr haqqında

Baxış: 1532 Tarix: 3-04-2026, 12:15

2025-ci ildə ölkədə stasionar mənbələrdən atmosfer havasına atılmış zərərli maddələrin həcmi 2024-cü illə müqayisədə 15,4 faiz azalaraq 98,0 min ton təşkil etmişdir. Zərərli maddələrin 41,4 faizini karbohidrogenlər, 22,4 faizini karbon oksidi, 21,2 faizini azot oksidi, 1,2 faizini kükürd anhidridi, 13,8 faizini isə digər zərərli maddələr təşkil etmişdir. Stasionar mənbələrdən atılan zərərli tullantıların həcmi əsasən sənaye mərkəzlərindən olan Bakı şəhərində 11,0 min ton, Şirvan şəhərində 0,9 min ton azalmış, Mingəçevir şəhərində 1,3 min ton artmış, Sumqayıt şəhərində isə dəyişməmişdir.  

2025-ci ildə avtomobil nəqliyyatından atmosfer havasına atılmış çirkləndirici maddələrin miqdarı 2024-cü illə müqayisədə 12,8 faiz artaraq 959,8 min ton olmuşdur. Avtomobil nəqliyyatından atmosfer havasına atılmış çirkləndirici maddələrin 67,3 faizini karbon oksidləri, 16,3 faizini karbohidrogenlər, 14,6 faizini azot oksidləri, 1,8 faizini isə digər maddələr təşkil etmişdir.   


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi