Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 2026-cı il üzrə “QS Subject Rankings” reytinqində “İncəsənət və Dizayn” sahəsi üzrə dünyanın ən yaxşı universitetləri sırasında yer alması universitetin bu istiqamətdə uzun illər ərzində formalaşdırdığı elmi-pedaqoji potensialın və strateji inkişaf xəttinin mühüm nəticəsidir.
Bunu açıqlamasında AzMİU-nun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev deyib.
Onun sözlərinə görə, AzMİU bu nüfuzlu beynəlxalq reytinqdə dizayn sahəsi üzrə Azərbaycandan yer alan yeganə ali təhsil müəssisəsi olmaqla yanaşı, ölkədə bu istiqamət üzrə lider mövqeyini bir daha təsdiqləyib. Universitetin 201–250 aralığında qərarlaşması onu dünya üzrə ən yaxşı 250 universitet sırasına daxil edir ki, bu da əldə olunan nəticənin yüksək göstəricisidir.
Qeyd etmək lazımdır ki, AzMİU-da dizayn təhsili sistemli və məqsədyönlü şəkildə inkişaf etdirilib. Hələ 1994-cü ildən etibarən bu sahədə elmi-pedaqoji kadr potensialı formalaşdırılmış, 1998-ci ildən isə dizayn ixtisası üzrə peşəkar kadr hazırlığına başlanılmışdır. Bu illər ərzində yaradılan akademik baza və tətbiq olunan müasir tədris yanaşmaları ölkədə dizayn təhsilinin inkişafında mühüm rol oynayıb.
2024-cü ildən etibarən universitetdə müstəqil Dizayn fakültəsinin yaradılması ilə bu istiqamət yeni inkişaf mərhələsinə qədəm qoyub. Fakültədə beynəlxalq standartlara uyğun, praktik və innovativ yanaşmalara əsaslanan tədris prosesi təşkil olunur, tələbələrin yaradıcılıq potensialının inkişafına xüsusi diqqət yetirilir.
AzMİU-nun dizayn sahəsində beynəlxalq əməkdaşlıq imkanları da genişdir. Universitet Avropanın aparıcı ali təhsil müəssisələri ilə ikili diplom proqramları həyata keçirir, tələbələrə beynəlxalq akademik mühitdə təhsil almaq və təcrübə qazanmaq imkanı yaradır.
Bununla yanaşı, universitetdə fəaliyyət göstərən İtaliya–Azərbaycan Dizayn Mərkəzi bu sahədə xüsusi əhəmiyyətə malikdir. Mərkəz İtaliyanın qabaqcıl dizayn təcrübəsinin öyrənilməsi və tədris prosesinə inteqrasiyası baxımından mühüm platforma rolunu oynayır.
Biz hesab edirik ki, əldə olunan bu nəticə təkcə bir reytinq göstəricisi deyil, həm də universitetin dizayn sahəsində ölkədə formalaşdırdığı lider mövqeyin beynəlxalq səviyyədə tanınmasının bariz göstəricisidir. Universitet bundan sonra da dizayn təhsilinin inkişafı, yaradıcı sənayelərlə inteqrasiyanın gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

.png)
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezidentin müsahibəsinin TAM MƏTNİ
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb