lider-media.az

DOST TV 2 yaşında

Baxış: 1325 Tarix: 2-04-2026, 12:24

Bu gün DOST Konsepsiyasının televiziya həlli olan DOST TV-nin 2 yaşı tamam olur.

2024-cü ilin 2 aprelində ölkəmizdə ilk sosial və inklüziv televiziya nümunəsi kimi fəaliyyətə başlayan DOST TV ölkə vətəndaşının maraq dairəsində olan sosial mövzularda maraqlı verilişləri ilə media məkanında yerini, mövqeyini, nüfuzunu daim gücləndirib.

Hər iş günü “Youtube” kanalı olaraq canlı yayımlanan bu TV ölkənin sosial həyatının telemənzərəsini təqdim edir və əmək, məşğulluq, sosial müdafiə sahələrində ardıcıl islahatlar, yenilikər, sosial hüquqlar barədə ictimai məlumatlandırmaya dəyərli töhfəsini verir.

DOST TV “DOST Xəbər”, “DOST qapısı”, “Sosial saat”, “Qayğı”, “Ekspert rəyi”, “İş saatı”, “Mənim hekayəm”, “Rəqəmsal saat”, “Xidmətinizdəyik”, “Birlikdə öyrənək”, “Onlayn müfəttiş”, “Dayaq nöqtəsi”, “DOST podcast” və s. kimi verilişləri, müxtəlif qurumlarla birgə telelayihələri ilə izləyicilərinin maraq və rəğbətini qazana bilib.

 Əlilliyi olan şəxlər və digər həssas qruplarla bağlı “Surdo-İnfo”, “İnklüziv cəmiyyət üçün birlikdə öyrənək!”, “Həssas məqamlar”, “Mənim hekayəm” kimi layihələri, surdotərcümə ilə təqdim etdiyi film və tamaşaları isə DOST TV-nin mediada inklüziv dəyərlərin geniş təbliğinə, inklüziv cəmiyyətin inkişafına dəstək məramını ehtiva edir.

Sosial sahə ilə bağlı mühüm tədbirlərin canlı yayımını da həyata keçirən DOST TV  həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  əməkdaşlarının, vətəndaş cəmiyyəti institutlarının, ekspertlərin aktual sosial mövzularda diskussiya və müzakirə platformasıdır.

O həm də izləyiciləri üçün “DOST qapısı”dır - bu adla təqdim etdiyi veriliş boyu izləyicilərinin müraciətlərini birbaşa cavablandırır (ötən dövrdə 800-dək vətəndaş müraciəti), göndərdikləri videomüraciətlərdə əksini tapan sosial məsələləri araşdıraraq, həllinə dəstək olur.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi