lider-media.az

Hacıqabul Sənaye Parkında yeni istehsal sahəsi yaradılır

Baxış: 1391 Tarix: 1-04-2026, 19:02

Hacıqabul Sənaye Parkının yeni rezidenti tərəfindən zənginləşdirilmiş kvars qumunun və texniki tikinti qumunun istehsalı layihəsi həyata keçiriləcək. 

“AzerKvars” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Parkının rezidenti statusu verilib.  

İnvestisiya dəyəri 15 milyon manat olan layihə çərçivəsində inşa ediləcək zavodda Hacıqabul rayonunda yerləşən Hacıvəlli yatağından hasil olunan xammal əsasında zənginləşdirilmiş kvars qumunun və texniki tikinti qumunun istehsalı planlaşdırılır. Layihə çərçivəsində 50 yeni iş yaradılması nəzərdə tutulur.   

Hacıqabul Sənaye Parkında hazırda 14 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sənaye Parkında görülmüş işlərə sahibkarlar tərəfindən 66,8 milyon manatdan çox investisiya yatırılıb, 570-ə yaxın daimi iş yeri yaradılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi