Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, hərbi hissələrində şəffaflığın artırılması, ictimaiyyətlə əlaqələrin genişləndirilməsi məqsədilə “Açıq qapı” günü keçirilmişdir.
Tədbir çərçivəsində hərbi qulluqçuların valideynləri və yaxınları, həmçinin ictimaiyyət nümayəndələri hərbi hissələrdə yaradılan şəraitlə yaxından tanış olmuş, onlara sərhədçilərin xidməti, sosial-məişət şəraiti, maddi-texniki təminatı və gündəlik fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.
Bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində sərhəd mühafizəsi sistemi daha da gücləndirilmiş, şəxsi heyətin xidmət və məişət şəraiti yüksək səviyyədə təmin olunmuşdur. Bu diqqət və qayğı hərbi qulluqçuların peşəkarlığının artmasına və xidmətin keyfiyyətinin yüksəlməsinə mühüm töhfə verir.
Daha sonra valideynlər əsgər yataqxanaları, yeməkxanalar, təlim meydançaları və digər inzibati binalarla tanış olmuş, xidmətin təşkili ilə bağlı görülən işləri yerində müşahidə etmişlər.
Tədbir zamanı şəxsi heyətin döyüş hazırlığını əks etdirən nümunəvi çıxışlar nümayiş etdirilmiş, sərhəd mühafizəsinin təşkili, müasir texnologiyaların tətbiqi ilə dövlət sərhədlərinin etibarlı mühafizəsi və bu istiqamətdə əldə olunmuş nailiyyətlər barədə valideynlərə ətraflı məlumat verilmişdir.
Valideynlər övladlarının xidmətindən məmnunluqlarını ifadə etmiş, yaradılmış şəraitə və göstərilən diqqətə görə minnətdarlıqlarını bildirmişlər.
Qeyd olunmuşdur ki, Novruz bayramı ərəfəsində təşkil edilən bu kimi tədbirlər ailə ilə ordu arasında əlaqələrin möhkəmləndirilməsinə, qarşılıqlı etimadın artırılmasına və vətənə xidmətin əhəmiyyətinin daha geniş şəkildə təbliğinə xidmət edir.
Sonda xidmətdə fərqlənmiş bir qrup hərbi qulluqçuya valideynlərin iştirakı ilə fəxri fərman təqdim olunmuş, xatirə fotoşəkili çəkilmişdir.


Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
DSX Akademiyasının növbəti buraxılışı münasibətilə təntənəli mərasim keçirilmişdir
Prezident İlham Əliyev Fərman imzaladı
DSX Akademiyasının yeni inşa edilən yeməkxana kompleksi və əsaslı təmir olunan tədris korpusları xidməti istifadəyə verilmişdir
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb