lider-media.az

Bakıda icra başçıları subasma hadisəsi baş verən əraziyə gəliblər

Baxış: 912 Tarix: 28-03-2026, 16:09

Xəzər və Binəqədi rayon icra başçıları subasma hadisəsi baş verən əraziyə gəliblər.

Lider-media.az xəbər verir ki, bəzi ərazilərdə gün ərzində normadan dəfələrlə artıq yağan yağış nəticəsində kollektorlar tərəfindən suların kənarlaşdırılmasında problemlər yaranıb.

Bununla əlaqədar bu gün Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Şüvəlan qəsəbəsində subasma hadisəsi baş verən əraziyə gəlib, həmçinin Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Binəqədi rayonu ərazisində qəza baş vermiş əraziyə gəlib.

İcra başçıları rayonun təsərrüfat qurumlarına yağışın fəsadlarının aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar veriblər.

Şəhər ərazisində digər belə ərazilər monitorinq qrupları tərəfindən müəyyən edilərək Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təqdim edilir.

Yağan yağışın fəsadlarının aidiyyəti qurumlar tərəfindən aradan qaldırılması istiqamətində işlər davam etdirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi