lider-media.az

Əhməd İsmayılov Burhanettin Duranla Anlaşma Memorandumu imzalayıb 

Baxış: 3631 Tarix: 28-03-2026, 11:26

“Stratcom Summit 26” çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran arasında ikitərəfli görüş keçirilib.
Görüş zamanı Azərbaycan ilə Türkiyə arasında media sahəsində mövcud strateji tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsi, xüsusilə dezinformasiya ilə mübarizə istiqamətində birgə fəaliyyətin gücləndirilməsi məsələləri müzakirə olunub.
Vurğulanıb ki, qlobal informasiya məkanında baş verən transformasiyalar, eləcə də saxta və manipulyativ məzmunların artan təsiri dövlət qurumları arasında daha sıx koordinasiya və sistemli əməkdaşlığı zəruri edir.
Görüşün sonunda “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti arasında Azərbaycan – Türkiyə Birgə Media Platformasının Birgə İşçi Komissiyasının və Komitələrinin yaradılması haqqında Anlaşma Memorandumu” imzalanıb.
Sənəd tərəflər arasında institusional əməkdaşlığın daha da dərinləşdirilməsini, birgə fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsini və koordinasiyanın gücləndirilməsini nəzərdə tutur.
 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi