lider-media.az

Yağışlı hava ilə bağlı polis zəruri təhlükəsizlik tədbirlərini davam etdirir - Video

Baxış: 3362 Tarix: 27-03-2026, 17:39

yagisli-hava-ile-bagli-polis-zeruri-tehlukesizlik-tedbirlerini-davam-etdirir

Davam edən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakı şəhəri və respublikanın digər bölgələrində polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar.

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, intensiv yağıntılarla əlaqədar vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə xidmətə əlavə polis naryadları cəlb olunub. Küçə və prospektlərdə nəqliyyatın hərəkəti Yol Patrul Xidməti əməkdaşları tərəfindən tənzimlənir. Vətəndaşlara zəruri köməklik göstərilir, onların mənzil başına təhlükəsiz şəkildə çatmaları təmin olunur. Polisin müşayiəti ilə təhlükəsizlik tədbirləri hazırda davam etdirilir.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi