lider-media.az

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yağıntılı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

Baxış: 2290 Tarix: 27-03-2026, 15:40

BDYPİ məlumatında ildirilir ki, hazırda ölkə ərazisində müşahidə olunan yağışlı və çiskinli hava, eləcə də bəzi istiqamətlərdə yaranan dumanlı şərait yol hərəkəti üçün əlavə çətinliklər yaradır. Görmə məsafəsinin məhdudlaşması və yol örtüyünün sürüşkən olması qəza riskini əhəmiyyətli dərəcədə artırır. Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını mövcud hava şəraitini nəzərə alaraq daha diqqətli və məsuliyyətli davranmağa çağırır.

“Sürücülərə tövsiyə olunur ki, nəqliyyat vasitələrini idarə edərkən sürət həddini yol və hava şəraitinə uyğun seçsinlər, ara məsafəsini artırmaqla qəfil vəziyyətlərə hazır olsunlar, manevr və ötmə zamanı xüsusi ehtiyatlı davransınlar. Eyni zamanda, texniki baxımdan şüşəsilənlərin, işıq cihazlarının və təkərlərin saz vəziyyətdə olması diqqətdə saxlanılmalıdır.

Piyadalar isə yolu yalnız müəyyən olunmuş yerlərdən keçməli, hərəkətə başlamazdan əvvəl yolun təhlükəsiz olduğuna əmin olmalı, xüsusilə məhdud görünmə şəraitində özlərinin daha aydın görünməsinə diqqət yetirməlidirlər.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bildirir ki, mürəkkəb hava şəraitində yollarda təhlükəsizliyin təmin olunması hər bir hərəkət iştirakçısının məsuliyyətli davranışından birbaşa asılıdır”,-məlumatda bildirilib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi