lider-media.az

Sabah da yağış yağacaq

Baxış: 2496 Tarix: 27-03-2026, 12:55

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində gözlənilən qısamüddətli güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur.
Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-13° isti olacaq. Atmosfer təzyiqi 748 mm civə sütunundan 753 mm civə sütununa yüksələcək. Nisbi rütubət 90-95 % təşkil edəcək.
Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Yağıntıların şərq rayonlarında güclü olacağı, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 11-16° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 0-2° şaxta olacaq.
Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi