lider-media.az

Hikmət Hacıyev Macarıstan nazirinin baş milli təhlükəsizlik müşaviri ilə görüşüb

Baxış: 3531 Tarix: 27-03-2026, 11:50

Hikmət Hacıyev Macarıstan nazirinin baş milli təhlükəsizlik müşaviri ilə görüşdü
"Macarıstan Baş nazirinin milli təhlükəsizlik müşaviri Marsel Biro ilə Budapeştdə yüksək məhsuldar görüş keçdi”.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "X” səhifəsində məlumat verib.
O bildirib ki, görüş Macarıstanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin dövlət və hökumət başçılarının diplomatik köməkçilərinin toplantısı çərçivəsində baş tutub.
"Azərbaycan və Macarıstan arasında strateji tərəfdaşlıq bütün sahələrdə uğurla inkişaf etməkdə davam edir. Macarıstanın milli maraqlara əsaslanan müstəqil siyasəti, ortaq tarixi, etnik və mədəni əlaqələrə əsaslanan türk dünyası ilə güclü əməkdaşlığı və Türk Dünyası ilə əlaqələr çərçivəsində öhdəliyi olduqca təqdirəlayiqdir. Davam edən qlobal qarışıqlıq kontekstində türk dünyasının birliyi və həmrəyliyi xüsusi əhəmiyyət kəsb edir”, - dövlət rəsmisi əlavə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi