lider-media.az

41 yaşlı kişi minaya düşdü

Baxış: 2595 Tarix: 26-03-2026, 14:29

Ağdam rayonunda mina hadisəsi baş verib. Hadisə rayonun işğaldan azad olunmuş Yüsifcanlı kəndi ərazisində qeydə alınıb.

İlkin xəbərlərə əsasən, kənd sakini 1985-ci il təvəllüdlü Abbasov Ceyhun Firdovsi oğlu minaya düşərək xəsarət alıb.

Hadisə ilə bağlı dərhal ANAMA əməkdaşları əraziyə cəlb olunub. Hazırda zərərçəkmiş şəxsin təhlükəli zonadan çıxarılması istiqamətində tədbirlər görülür.

Faktla bağlı araşdırma başlanıb.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə minalar hələ də ciddi təhlükə mənbəyi olaraq qalır və vətəndaşlara bu zonalarda ehtiyatlı olmaları tövsiyə olunur. Minaya düşən C. Abbasovun sol ayağının dizdən aşağı hissəsi amputasiya olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi