lider-media.az

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hospitalda olub

Baxış: 2473 Tarix: 25-03-2026, 09:12

Martın 24-də Müdafiə Nazirliyinin rəhbər heyəti  nazirliyin Baş Klinik Hospitalında müalicə olunan hərbi qulluqçuları ziyarət edib. 
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri düzülüb, xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib.
Müalicə alan şəxsi heyətin səhhəti ilə maraqlanan nazirliyin rəhbər heyəti onların ən qısa müddətdə sağlamlıqlarını bərpa edərək xidmət yerlərinə qayıtmalarını arzulayıb.
Hərbi qulluqçulara yüksək peşəkarlıq və qayğı ilə xidmətin göstərildiyinə görə tibbi personala təşəkkür edilib.
Hərbi tibb müəssisəsində yaradılan şəraitə, eləcə də göstərilən hərtərəfli diqqət və qayğıya görə hospitalın kollektivi və müalicə olunan hərbi qulluqçular Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi