lider-media.az

Azərbaycan və Özbəkistanın xarici işlər nazirləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Baxış: 2300 Tarix: 20-03-2026, 14:05

Azərbaycan və Özbəkistanın xarici işlər nazirləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Martın 20-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindənverilən məlumata görə, telefon danışığı zamanı iki ölkə arasında strateji müttəfiqlik münasibətlərindən irəli gələn əməkdaşlıq məsələləri, habelə Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Bölgədə daha da artan gərginlikdən dərin narahatlıq ifadə olunub, hərbi eskalasiyanın yalnız regional təhlükəsizliyi deyil, eyni zamanda, qlobal sabitliyi də ciddi şəkildə təhdid etdiyi vurğulanıb. Sabitliyin bərqərar olunması istiqamətində səylərin artırılmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Nazirlər müqəddəs Ramazan bayramı və Novruz bayramı münasibətilə təbriklərini çatdırıb, xalqlarımız və iki ölkə arasında birliyin və əməkdaşlığın daha da möhkəmlənməsini arzulayıblar.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi