lider-media.az

Belarusun Əmək və Sosial Müdafiə Nazirliyinin nümayəndələri ilə onlayn görüş keçirilib

Baxış: 2234 Tarix: 19-03-2026, 13:30

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin nümayəndələri ilə gender bərabərliyinin təmin olunması və qadın hüquqlarının müdafiəsi mövzusu üzrə onlayn görüş keçirilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Azərbaycanla Belarus arasında ikitərəfli əlaqələrin dostluq münasibətləri əsasında daim inkişaf etdiyini bildirib. O, əmək, məşğulluq və sosial müdafiə sahələrində də əlaqələrin imzalanan əməkdaşlıq sənədlərinə uyğun olaraq genişlənməkdə olduğunu vurğulayıb.

Azərbaycanda son illər əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatların uğurları, gender bərabərliyinin təminatı məqsədilə aparılan işlər, bu sahədə əldə olunan müsbət təcrübə diqqətə çatdırılıb.

Belarusun əmək və sosial müdafiə nazirinin müavini Yuliya Berdnikova iki ölkə arşında sosial sahədə ikitərəfli əməkdaşlığın uğurla davam etməsindən məmnunluğunu bildirib. Görüşdə hər iki ölkədə əmək və məşğulluq sahəsində gender bərabərliyinin təminatı sahəsində aparılan işlərə dair məlumatlar verilib, təcrübə mübadiləsi aparılıb.

Qeyd edək ki, görüş iki qurum arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun icrası ilə bağlı 2025-2026-cı illər üzrə Tədbirlər Planı çərçivəsində baş tutub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi