lider-media.az

DSX rəisi Elçin Quliyev şəhid ailələrində

Baxış: 3365 Tarix: 19-03-2026, 13:00

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev, eləcə də qurumun digər rəhbər heyəti Novruz bayramı və Ramazan bayramı ərəfəsində Vətən müharibəsi, həmçinin 2022-ci ilin 12-13 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısının alınması zamanı şəhid olan şəxslərin ailələrini ziyarət edib.

Bu barədə DSX-dən məlumat verilib.

Bildirilib ki, görüşlərdə şəhid ailələrinin və müharibə əlillərinin sosial təminatının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu, torpaqların azadlığı, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası uğrunda canından keçən şəhid sərhədçilərin əziz xatirəsinin hər zaman yaşadığı qeyd olunub, onların döyüş yolu haqqında geniş məlumat verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi