lider-media.az

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub

Baxış: 3177 Tarix: 19-03-2026, 12:57

Martın 19-da arasında telefon danışığı olub.

Şavkat Mirziyoyev dövlətimizin başçısını və qardaş Azərbaycan xalqını qarşıdan gələn müqəddəs Ramazan və Novruz bayramları münasibətilə təbrik edib, xalqımıza ən xoş arzularını çatdırıb.

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirərək, öz növbəsində Şavkat Mirziyoyevi və qardaş özbək xalqını bayramlar münasibətilə təbrik edib, Özbəkistana gələcəkdə də firavanlıq və rifah arzulayıb.

Telefon söhbəti zamanı, həmçinin Azərbaycan-Özbəkistan strateji müttəfiqlik münasibətlərinə toxunulub, əlaqələrin bütün sahələrdə uğurla inkişaf etməsindən məmnunluq bildirilib.

Azərbaycan və Özbəkistan prezidentləri Yaxın Şərqdəki mövcud vəziyyətdən narahatlıqlarını ifadə edib, gərginliyin siyasi-diplomatik yollarla həllinin vacibliyini vurğulayıblar.

Telefon danışığı əsnasında, həmçinin qarşılıqlı maraq doğuran məsələlərə və gələcək təmaslara dair fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi