lider-media.az

Kamilə Əliyeva: "Mənfur əməllər törədənlər qanun qarşısında layiqli cavablarını alacaqlar"

Baxış: 1 958 Tarix: 19-03-2026, 09:46

Son dövrlər xaricdə yaşayan vətən xainləri olan "blogerlərin" Prezidentimizə və ailə üzvlərinə qarşı böhtan və şantaj xarakterli çıxışları xarici xüsusu xidmət orqanları tərəfindən əvvəlcədən hazırlanmış bir ssenaridir.

Dövlət Təhlükəsizlik Xidmətinin peşəkarlıqla həyata keçirdiyi əməliyyat nəticəsində şantaj edən  şəxslərdən biri həbs olundu və xaricdə yaşayan digər iştirakçılar da aşkarlandı.

Düşünürəm ki,  əxlaqdan, mənəviyyatdan uzaq bu cür cıxışlar Prezidentimizin müstəqil, qətiyyətli siyasət yürütməsinə qarşı yönəlmişdir. Digər tərəfdən  bir xanıma qarşı bu cür şantaj, böhtan xarakterli sərsəm fikirlər söyləyənlər milli mənəviyyatdan uzaq, ailə tərbiyəsi görməyən məxluqlardır.

Sosial şəbəkələrdə bu cür çıxışlar dövlətimizə qarşı mənəvi terror kimi qiymətləndirilməlidir. Sözsüz ki, bu əməlləri törədənlər qanun qarşısında layiqli cavablarını alacaqlar.

Azərbaycanın dövlət başçısına və ailə üzvlərinə qarşı yönəlmiş bu cür böhtan və şantaj materialları cəmiyyətimizdə dövlətə qarşı  hər hansı mənfi fikir yarada bilməz.

Hər bir azərbaycanlı Vətəninə, dövlətinə və Prezidentinə sadiqdir. Xalqımız ölkə başçımızın və ailə üzvlərinin milli mənəvi dəyərlərimizə və adət ənənələrimizə göstərdikləri qayğı və diqqəti yüksək qiymətləndirir.

Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi