lider-media.az

Cəbrayılın Horovlu kəndində növbəti əmək yarmarkası keçirilib

Baxış: 1529 Tarix: 18-03-2026, 16:46

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “19 saylı Tikinti Təmir İdarəsi” MMC-nin birgə təşkilatçılığı ilə Cəbrayıl rayonunun Horovlu kəndində növbəti əmək yarmarkası keçirilib.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Cəbrayılın Horovlu kəndindəki ofisində keçirilmiş yarmarkada 17 mart 2026-cı il tarixində Horovlu kəndinə köç etmiş sakinlər də iştirak ediblər.

Aktiv məşğulluq tədbirində hörgüçü, rəngsaz, elektrik köməkçisi, yol mühəndisi, üzlükçü, sürücü, qaynaqçı və s. üzrə vakansiyalar təqdim olunub. Vətəndaşlara vakansiyaların tələbləri barədə məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.

Yarmarkaya qatılan şəxslərə işğaldan azad olunmuş ərazilərdə Agentliyin icra etdiyi digər məşğulluq proqramları barədə məlumatlar verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi