lider-media.az

Xarici ticarət əlaqələri haqqında

Baxış: 1568 Tarix: 18-03-2026, 09:48

2026-cı ilin yanvar ayında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 128 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 81 ölkəyə məhsul ixrac olunmuş, 122 ölkədən idxal olunmuşdur. Ay ərzində xarici ticarət dövriyyəsi 3092,1 milyon ABŞ dolları təşkil etmiş və 487,7 milyon dollar məbləğində müsbət ticarət saldosu yaranmışdır.

2025-ci ilin yanvar ayı ilə müqayisədə 2026-cı ilin yanvar ayında idxalda daha çox paya malik olan məhsul növlərindən buğda idxalı 49,9 faiz, bitki yağları – 9,0 faiz, avtobuslar – 2,7 dəfə, qara metallardan borular – 33,7 faiz, polietilen – 72,5 faiz artmış, təzə meyvə idxalı isə 3,6 faiz, kərə yağı, digər süd yağları və pastaları – 26,7 faiz, dərman vasitələri – 44,5 faiz, polad prokatı – 15,4 faiz, hesablama maşınları, blok və qurğuları – 22,2 faiz azalmışdır.

2026-cı ilin yanvar ayında ümumi ixracda 15,0 faiz paya malik olan qeyri neft-qaz məhsullarının ixracı 268,4 milyon dollar təşkil etmiş və 2025-ci ilin yanvar ayına nisbətən faktiki qiymətlərlə 9,1 faiz artmış, real ifadədə isə 20,7 faiz azalmışdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi