lider-media.az

Artıq moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq

Baxış: 887 Tarix: 2-03-2026, 12:40

 

Xatırladaq ki, moped sürücüləri tərəfindən törədilən yol-nəqliyyat hadisələrinin və yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması, onların digər hərəkət iştirakçıları kimi üzərlərinə düşən məsuliyyəti nəzərə almaları və qanunvericiliyin tələblərinə riayət etmələrinin təmin olunması məqsədilə normativ-hüquqi bazada müvafiq dəyişikliklər edilib.

DİN-dən verilən məlumata görə, dəyişikliyə əsasən, 2026-cı ilin mart ayının 26-dan etibarən moped idarə etmək üçün “A1” kateqoriyalı sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və dövlət nömrə nişanı tələb olunacaq.

Müəyyən edilmiş tarixə az müddət qaldığını nəzərə alaraq, moped idarə etmək istəyən şəxslərə qeydiyyatda olduqları bölgələr üzrə qeydiyyat-imtahan məntəqələrinə əvvəlcədən müraciət etmələri tövsiyə olunur.

Bildiririk ki, bütün prosedurlar vahid qaydada tətbiq olunur və vətəndaşların rahat, səmərəli və bərabər əsaslarla xidmət alması təmin edilir.

Moped idarə etmək istəyən şəxslərdən müəyyən olunmuş müddəti nəzərə almaları, qeyd edilən tarixdən etibarən inzibati məsuliyyətə cəlb olunmamaları üçün qanunvericiliyin tələblərinə uyğun olaraq üzərlərinə düşən vəzifələri vaxtında yerinə yetirmələri xahiş olunur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi