XQ İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Tailandın paytaxtı Banqkokda keçirilən, dayanıqlı inkişafa həsr olunmuş 13-cü Regional Forumunda təmsil olunur.
Məlumata görə, tədbirdə ölkəmizi Forumun sədr müavini qismində nazirin müşaviri Hüseyn Hüseynov təmsil edib. O, forumun açılış mərasimində çıxış edərək Azərbaycanın dayanıqlı inkişaf istiqamətində əldə etdiyi nailiyyətlər, həyata keçirilən struktur və institusional islahatlar barədə məlumat verib, ölkəmizdə Dayanıqlı İnkişaf Məqsədlərinin milli prioritetlərlə uzlaşdırılaraq sistemli şəkildə icra olunduğunu diqqətə çatdırıb.
Azərbaycanın sədrliyi ilə keçirilən "Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması üzrə regional tərəqqinin və imkanların nəzərdən keçirilməsi" adlı sessiyada Asiya və Sakit Okean regionunda DİM-lər üzrə əldə olunan nəticələr təhlil edilib. BMT sisteminin regional səviyyədə fəaliyyəti və DİM-lərin icrası üzrə mövcud çağırışlar ətrafında müzakirələr aparılıb.
Forum çərçivəsində Azərbaycanın rəhbərliyi ilə "Yekun hesabatlılıq, nümayəndə heyətlərinin səlahiyyətlərinin nəzərdən keçirilməsi, məruzə sessiyaları və ümumi öhdəliklərin müzakirəsi" üzrə plenar müzakirələr keçirilib.
9-cu DİM (Sənaye, innovasiya və infrastruktur) üzrə dəyirmi masada dövlət qurumları, özəl sektor, vətəndaş cəmiyyəti və akademik dairələrin iştirakı ilə keçirilən müzakirələrin nəticələri ümumi plenar iclasa təqdim edilib.
Tədbirdə 40-dan çox ölkədən 1 200-dən çox dövlət rəsmisi, beynəlxalq təşkilat, özəl sektor və qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak edib. Forumda təmiz su və sanitariya xidmətlərinə çıxışın artırılması, əlçatan və təmiz enerji, sənaye, innovasiya və infrastrukturun inkişafı, eləcə də inklüziv, təhlükəsiz və dayanıqlı şəhərlərin təşviqi ilə bağlı Dayanıqlı İnkişaf Məqsədlərinin icrası, əldə olunan irəliləyiş və regional əməkdaşlıq imkanları müzakirə olunub. Həmçinin, BMT-nin İnkişaf üçün IV Beynəlxalq Maliyyələşdirmə Konfransının nəticələri müzakirə edilib.


Xüsusi icra məmurları haqqında Azərbaycan Respublikasının Qanunu
Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumda panellər üzrə müzakirələr və görüşlər keçirilib
Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu
Bəzi bələdiyyələr birləşdirilir
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb