lider-media.az

Xameneinin vəzifəsini müvəqqəti olaraq Əlirza Ərəfi icra edəcək

Baxış: 1 132 Tarix: 1-03-2026, 18:52

Xameneinin vəzifəsini müvəqqəti olaraq Əlirza Ərəfi icra edəcək - YENİLƏNİB

Ayətullah Əlirza Ərəfi yeni ali lider seçilənə qədər ölkəni müvəqqəti olaraq idarə edən İranın İdarəetmə Şurasına qoşulub.

Lider-media.az xəbər verir ki, bu barədə İranın siyasi məqsədyönlülüyünün müəyyənləşdirilməsi şurasının rəsmi nümayəndəsi Möhsün Dehnəvi məlumat verib.

"Konstitusiyanın 111-ci maddəsinə əsasən, müvəqqəti rəhbərlik şurasında Keşikçi Şurasının hüquqşünas kateqoriyasından bir üzvü olmalıdır. Məqsədyönlülük şurası ölkənin idarəçiliyinin fasiləsiz davam etməsi və Ekspertlər Şurasının ali rəhbəri ən qısa müddətdə seçə bilməsi üçün ayətullah Əlirza Ərəfini bu şuranın üzvü seçib".

Prezident Məsud Pezeşkian isə bildirib ki, İranın yeni ali lideri seçilənə qədər ölkəni müvəqqəti idarə edəcək İdarəetmə Şurası artıq işə başlayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi