lider-media.az

XİN: Azərbaycan və BƏƏ Yaxın Şərqdəki hərbi eskalasiyadan narahatlığını ifadə edib

Baxış: 1 041 Tarix: 1-03-2026, 18:39

post-img

Martın 1-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş nazirinin müavini və xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı aparılıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Söhbət zamanı Yaxın Şərqdə son günlər müşahidə olunan hərbi toqquşmalar və təhlükəsizlik mühitindəki gərginlik əsas müzakirə mövzusu olub. Tərəflər yaranmış vəziyyət ilə bağlı dərin narahatlıqlarını ifadə ediblər. Mövcud hərbi eskalasiyanın regional sabitlik üçün yaratdığı risklər xüsusi qeyd edilərək, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edilməsinin, münaqişənin dialoq və siyasi vasitələrlə həllinin zəruri olduğu vurğulanıb.

Mülki əhalinin və obyektlərin təhlükəsizliyinin təmin edilməsinin prioritet məsələ olduğu bildirilib. Nazir Ceyhun Bayramov qarşıdurma nəticəsində mülki insanların həlak olması və xəsarət alması ilə bağlı başsağlığı diləklərini çatdırıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi