lider-media.az

Fəzail Bayramov küçəsinin bir hissəsi gecə saatlarında təmir olunub VİDEO/FOTO

Baxış: 1604 Tarix: 25-02-2026, 11:00

Rahat və təhlükəsiz hərəkətin təmin edilməsi məqsədilə Xətai rayonu ərazisində yerləşən Fəzail Bayramov küçəsinin bir hissəsində təmir işləri həyata keçirilib.

Ərazidə gündüz saatlarında müşahidə olunan nəqliyyat sıxlığı nəzərə alınaraq, hərəkətin məhdudlaşdırılmaması üçün işlər gecə saatlarında icra olunub.

Təmir işləri küçənin Xətai prospektindən Gülarə Qədirbəyova küçəsinədək olan 270 metrlik hissəsini əhatə edib. Ümumilikdə təqribən 5 500 kvadratmetr sahədə köhnə asfalt örtüyünün frezlənməsi və yeni asfalt-beton örtüyünün döşənməsi təmin olunub.

Aparılan işlər nəticəsində sözügedən hissədə nəqliyyat vasitələrinin daha rahat və təhlükəsiz hərəkəti təmin edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi